Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Son bir ildə Azərbaycandan Ermənistana nə qədər yük daşınıb? Siyasət
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib Siyasət
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat

Leysan, şimşək, güclü külək – YAY BİTDİ? 

Posted on 17 Avqust 2026 By admin Şərh yoxdur Leysan, şimşək, güclü külək – YAY BİTDİ? 

Bu gün Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz hava gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-33° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24°, bəzi yerlərdə 28-32° isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 24-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 26-31° isti, dağlarda gecə 16-18° isti, gündüz 22-25° isti təşkil edəcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: And içdilər – FOTOLAR
Next Post: Onların da yurd həsrəti bitdi

Related Posts

  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət
  • Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi Cəmiyyət
  • Saçlara qulluqla bağlı ən çox edilən səhvlər Cəmiyyət
  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR Cəmiyyət
  • Bəzi ərazilərdə su kəsiləcək Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya
  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var Hadisə
  • “McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO İqdisadiyyat
  • Məşhur müğənni xarici görkəmini dəyişməyə 10 milyon xərclədi – FOTO Dünya
  • Beynəlxalq səyyahlar Xudavəng monastırında olublar – FOTOLAR Ölkə
  • Sabah iki rayonda qaz olmayacaq Cəmiyyət
  • Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by