Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azyaşlı 3-cü mərtəbədən yıxıldı Hadisə
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Hadisə
  • Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar? Təhsil
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Sabirabadda avtomobil motosikletlə toqquşub – ölən var Hadisə
  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya

Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI

Posted on 17 Avqust 2026 By admin Şərh yoxdur Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI

Azərbaycan Prezidenti “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycanda yeni elektron sistem- “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılacaq. DAİS rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur. Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır.

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır.

Deputat vurğulayıb ki, bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi:

“Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir”.

581379

Bəs yeni sistemin yaradılması nə vəd edir?

V.Bayramov söyləyib ki, DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir:

“Bu Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək. 2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq.

Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu dövlət satınalamlarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intelektdən istifadəni daha da aktuallaşdırır.

Yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələ kimi qiymətləndirilir. Bu daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı
Next Post: Bu tarixdə Ay tutulacaq – Azərbaycanda müşahidə olunacaq?

Related Posts

  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir? Cəmiyyət
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb Cəmiyyət
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi – FOTO Ölkə
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Məşhur pop-ulduz Ledi Qaqa ana oldu Dünya
  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat
  • ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by