Müraciətlər Britaniya Ordusu, Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələrində xidmət etmiş şəxsləri əhatə edir. Məktubların göndərilməsində əsas məqsəd veteranların əlaqə məlumatlarını aktuallaşdırmaq, həmçinin hərbi xidmətdən ayrıldıqdan sonra yiyələndikləri yeni bilik və bacarıqlar barədə məlumat toplamaqdır.
Vurğulanır ki, müəyyən kateqoriyadan olan keçmiş hərbçilərin xidmət şərtlərinə əsasən, ölkədə milli fövqəladə vəziyyət və ya müharibə təhlükəsi yarandığı təqdirdə onların yenidən xidmətə çağırılması mümkündür. Bundan əlavə, veteranlara müxtəlif hərbi təlim və hazırlıq proseslərində – o cümlədən NATO-nun gələn yaz keçiriləcək “Steadfast Defender” təlimində könüllü iştirak etmək imkanı da təklif oluna bilər.
Məsələ ilə bağlı açıqlama verən Böyük Britaniyanın müdafiə naziri Ves Streeting qeyd edib ki, ölkə və onun müttəfiqləri hazırda təhlükəsizlik mühitində daha mürəkkəb vəziyyətlə üz-üzədirlər. Nazirin sözlərinə görə, atılan bu addım müharibənin qaçılmaz olması demək deyil, əksinə, potensial təhlükələrə qarşı qabaqlayıcı hazırlıq məqsədi daşıyır.