Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Vuçiç Serbiyanın baş naziri olacaq? Siyasət
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama Siyasət
  • Rusiya onu “persona non grata” elan etdi Dünya
  • “Şamaxinka” istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir – Anar Nəcəfli Ölkə
  • “Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ Cəmiyyət
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman

“ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır” – Kolbi

Posted on 18 Noyabr 2026 By admin Şərh yoxdur “ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır” – Kolbi

ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir.

Bu barədə Brüsseldə NATO-nun mənzil-qərargahında Ukrayna üzrə Təmas Qrupunun görüşündə ABŞ-nin müharibə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib və əlavə edib ki, Ukrayna diqqətini Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə deyil, cəbhə xəttini qorumağa və Rusiyanın hərbi potensialını hədəfə almağa yönəltməlidir.

Vaşinqtonun qiymətləndirməsinə görə, Rusiyanın uzaqmənzilli hədəflərinə, o cümlədən mülki infrastrukturuna endirilən zərbələr müharibənin başa çatmasına kömək etmir.

Kolbi vurğulayıb ki, bu, Ukraynanı “əlləri bağlı” vəziyyətdə döyüşməyə məcbur etmək demək deyil. Onun sözlərinə görə, Amerikanın dəstəyi Ukrayna ordusunun cəbhə xəttini saxlamaq və mümkün olduqda irəliləyişə nail olmaq qabiliyyətinin gücləndirilməsinə yönəlməlidir.

“Bilavasitə cəbhə xəttinə yönəlmiş zərbələr və bu istiqamətdə fəaliyyət göstərən qüvvələrə birbaşa dəstək, şübhəsiz ki, bu yanaşmaya uyğundur. Eyni zamanda, döyüş əməliyyatlarının aparılmasını təmin edən Rusiya hərbi maşınına endirilən zərbələr də Rusiya ordusunun irəliləməsini ləngitməyə kömək edə bilər”, – o qeyd edib.

Kiyev isə Rusiyanın neft emalı müəssisələrinə endirilən zərbələri onların Rusiya hərbi maşınının maliyyələşdirilməsində və yanacaqla təmin olunmasındakı rolu ilə əsaslandırır, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna davam edən hücumlarına diqqət çəkir.

Kolbi həmçinin bildirib ki, ABŞ və avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdırlar, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir. O, Avropa ölkələrini Ukrayna müdafiəsinin gələcək maliyyələşdirilməsi və kritik əhəmiyyətli sursatların, o cümlədən PURL təşəbbüsü vasitəsilə tədarükünün təmin edilməsi üçün əsas məuliyyəti öz üzərinə götürməyə çağırıb. Kolbinin sözlərinə görə, ABŞ “Jumpstart” proqramı vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınmasına kömək etməyə davam edəcək, lakin gələcəkdə Kiyevin dəstəklənməsi üzrə əsas yük Avropanın üzərinə düşməlidir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Məkkə paktına üzv ölkələrin növbəti görüş yerini açıqladı
Next Post: Əməkdar müəllim vəfat etdi – Foto

Related Posts

  • İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair videoçarx Siyasət
  • “”Hizbullah” əmri ancaq İradan alır” Siyasət
  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • Putin Çinə nüvə çantası ilə gedib – Video Siyasət
  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət
  • Azərbaycan Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Siyasət
  • Nobel Sülh mükafatını o qazandı Dünya
  • Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi Cəmiyyət
  • Dörd evlilik, unudulmaz mahnılar – Sezen Aksunun həyat hekayəsi Dünya
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman
  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət
  • Mahir Emreli dayanmır – Yenə qol vurdu İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by