Milli Məclisin bu gün keçirilən plenar iclasında Özbəkistan Respublikası ilə iki yeni saziş müzakirəyə çıxarılıb.
İclasda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanunun layihəsini və “Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi müzakirə edilib.
Hər iki sənədin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.