Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin olunub.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.
Əmrlə, Məhəmməd Məhərrəmli sözügedən departamentin direktoru vəzifəsinə gətirilib.
Bu təyinata qədər sözügedən vəzifə vakant idi.
Qeyd edək ki, M. Məmmədli yeni təyinata qədər Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru olub.
2012-2013-cü illərdə “Hyatt Hotels Corporation”da auditor, 2014-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Risklərin idarə edilməsi departamentində baş mütəxəssis, 2018-2022-ci illərdə “PAŞA Bank” ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə “AccessBank”da Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində çalışıb. O, 2023-cü ildən Mərkəzi Bankda çalışır.
