Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu tarixdə Ay tutulacaq – Azərbaycanda müşahidə olunacaq? Hadisə
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Bakının bu rayonunda 15 bina söküləcək Ölkə
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO Ölkə
  • İlham Əliyev Emoməli Rəhmonu təbrik edib Siyasət

Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” virtual futbol turniri keçiriləcək

Posted on 15 Oktyabr 2026 By admin Şərh yoxdur Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” virtual futbol turniri keçiriləcək

Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” – süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək.

17 oktyabrda “AWS User Group Baku”nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları virtual mühitdə yarışdıracaqlar. Bu format iştirakçılara süni intellekt və bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək.

Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti — oyundakı vəziyyəti təhlil edib müstəqil qərar verən proqram idarə edəcək. İştirakçılar komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları “Amazon Web Services” (AWS) bulud platformasında yerləşdirəcəklər.

Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər.

Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Tədbirə qeydiyyat Meetup platforması üzərindən həyata keçirilir.

Azercell-in tədbirə dəstəyi ölkədə süni intellekt üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma rolunu oynayacaq.

İdman

Yazı naviqasiyası

Previous Post: Baş katib İlham Əliyevə təşəkkür etdi
Next Post: Məsud Pezeşkian Ermənistana gedir

Related Posts

  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • Premyer Liqada I tura bu gün yekun vurulacaq İdman
  • “Liverpul” Barkolanı heyətinə qatdı İdman
  • “Mançester Siti” 100 milyon avroya futbolçu transfer edir İdman
  • “Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq İdman
  • UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub – YENİLƏNİB İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • Lənkəranda avtomobil dərəyə aşıb Hadisə
  • Azərbaycan iki ölkə ilə birlikdə Qarabağda hərbi təlimlərə başlayır Ölkə
  • “”Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır” – Dambrauskas İdman
  • Saçlara qulluqla bağlı ən çox edilən səhvlər Cəmiyyət
  • Bu yolda hərəkət üç gecə məhdudlaşdırılacaq Ölkə
  • Yeni pişik növü tapıldı – Son 100 ildə ilk dəfə Maraqlı

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by