Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • “Məkkə İttifaqı”nın ilk toplantı yeri açıqlandı Dünya
  • Nobel Sülh mükafatını o qazandı Dünya
  • ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq İqdisadiyyat
  • Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır Dünya
  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət
  • Hadisə yerinə ilk onlar çatır – VİDEO Hadisə

SOCAR 2026-cı il üzrə yüksək reytinq əldə etdi

Posted on 9 Oktyabr 2026 By admin Şərh yoxdur SOCAR 2026-cı il üzrə yüksək reytinq əldə etdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünyanın aparıcı reytinq və analitik şirkətlərindən biri olan “S&P Global”ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsində (Corporate Sustainability Assessment – CSA) 100 baldan 50 bal toplayaraq ESG reytinqi əldə edib.

Bu barədə “Report”-a istinadən xəbər verir.

Məlumata görə, bu beynəlxalq qiymətləndirmədə təxminən 12 500 şirkətin iştirak edib.

2026-cı il oktyabrın 9-na olan nəticələrə əsasən, SOCAR “Oil & Gas Upstream & Integrated” sənaye qrupu üzrə qiymətləndirilən şirkətlərin 83%-dən daha yüksək nəticə göstərib. Bu nəticə şirkətin dayanıqlı inkişaf gündəliyinin ardıcıl həyata keçirilməsi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin korporativ idarəetmə və əməliyyat fəaliyyətinə inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişi əks etdirir.

SOCAR qiymətləndirmə çərçivəsində “S&P Global” tərəfindən tələb olunan 1 000-dən çox göstərici üzrə məlumatların 95%-dən çoxunu təqdim edib. Bu göstərici şirkətin dayanıqlılıq məlumatlarının açıqlanmasına və şəffaf hesabatlılıq təcrübələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir.

Əvvəlki qiymətləndirmə ilə müqayisədə ESG məsələlərinin əhəmiyyətliliyinin müəyyən edilməsi, insan hüquqlarının qorunması üzrə öhdəliklər və müvafiq proseslər, iqlim dəyişikliyi ilə mübarizə, iqlim strategiyasının inkişafı, istixana qazı emissiyaları üzrə hesabatlılığın genişləndirilməsi, eləcə də resursların idarə edilməsi və təkrar istifadəsi sahələrində nəzərəçarpan irəliləyiş qeydə alınıb. Bu nailiyyətlər SOCAR-ın dayanıqlılıq üzrə idarəetmə yanaşmalarını təkmilləşdirmək, ekoloji və sosial məsuliyyətini gücləndirmək və uzunmüddətli strateji prioritetlərini beynəlxalq meyarlarla uzlaşdırmaq istiqamətində səylərini əks etdirir.

“S&P Global” şirkətlərin dayanıqlılıq fəaliyyətini sənayeyə xas meyarlar əsasında müəyyənləşdirir. Nəticələr 0–100 bal şkalası üzrə müəyyən edilir və şirkətlərin göstəriciləri müvafiq sənaye qrupu üzrə müqayisə olunur. CSA şirkətlərə dayanıqlılıq fəaliyyətlərinin güclü tərəflərini və inkişaf imkanlarını müəyyənləşdirmək, eləcə də idarəetmə təcrübələrini beynəlxalq sənaye meyarları ilə müqayisə etmək imkanı yaradır.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: 40 yaşdan sonra bu sabundan istifadə edin
Next Post: Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat

Related Posts

  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA İqdisadiyyat
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Brent nefti bahalaşdı İqdisadiyyat
  • Bitkoin bahalaşdı İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət
  • Kantri musiqisinin ikonası vəfat etdi Mədəniyyət
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ – FOTO Ölkə
  • YAP-ın qurultayından maraqlı FOTOLAR Ölkə
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya
  • Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib Siyasət
  • Azərbaycan iki ölkə ilə birlikdə Qarabağda hərbi təlimlərə başlayır Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by