Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB Hadisə
  • “Danışsam, bu liqanı ifşa edəcəyəm” – VİDEO İdman
  • Azərbaycan və Fransanın XİN başçıları görüşüb Ölkə
  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • Sevmədiyimiz işdə niyə illərlə qalırıq? – Bizi saxlayan görünməz səbəblər Cəmiyyət
  • Dünyada Rusiyaya nifrət artır – Pamfilova Siyasət
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə

“Global Media Group” və “Report” İnformasiya Agentliyi “Vətən daşı” sənədli filmini təqdim edib

Posted on 23 Sentyabr 2026 By admin Şərh yoxdur “Global Media Group” və “Report” İnformasiya Agentliyi “Vətən daşı” sənədli filmini təqdim edib

“Global Media Group” və “Report” İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində “Vətən daşı” sənədli filmini tamaşaçılara təqdim edib.

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri – polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

“Vətən daşı” filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.

Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

“Nizami” Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı filmin ideyası, yaranma tarixi və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib.

Qeyd edək ki, “Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.

 

 

Ölkə

Yazı naviqasiyası

Previous Post: Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
Next Post: Azərbaycan və Fransanın XİN başçıları görüşüb

Related Posts

  • Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ Ölkə
  • Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi Ölkə
  • Hərbçilər bu əmələ görə həbs olunacaqlar Ölkə
  • Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır Ölkə
  • Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Ölkə
  • Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • Dörd evlilik, unudulmaz mahnılar – Sezen Aksunun həyat hekayəsi Dünya
  • Balarəhim Quliyevə yüksək vəzifə verildi Cəmiyyət
  • UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub İdman
  • Asif Əliyev: “Neftçi” – “Sabah” matçında heç-heçə olacağını düşünürəm” İdman
  • Hava ilə bağlı YENİ XƏBƏRDARLIQ Ölkə
  • Emin Mahmudov millidə karyerasını başa vurur İdman
  • Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət etdi Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by