Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “İnter”, “Arsenal”, “Roma” – Avropa klublarında YENİ TRANSFERLƏR İdman
  • Vuçiç Serbiyanın baş naziri olacaq? Siyasət
  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə
  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • Zelenski onu vəzifəsindən azad etdi Dünya
  • Ağdam şəhərinə növbəti köç karvanı yola salındı Ölkə
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – YENİLƏNİB

Posted on 9 Sentyabr 2026 By admin Şərh yoxdur Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – YENİLƏNİB

Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilir.

Açılış mərasimində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə ediləcək.

Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, COP31-in icraçı direktoru Fatma Varank və digər rəsmi şəxslər çıxış edəcək.

***

10.25

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)”nın üçüncü günü start götürüb.

Ölkə.az xəbər verir ki, üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Günün ilk sessiyalarından biri “COP31-dən sonra: tərəfdaşlıq vasitəsilə öhdəliklərin icrasının təmin edilməsi” mövzusuna həsr olunub. Dəyirmi masa çərçivəsində COP31-dən sonra qəbul ediləcək iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi və bu istiqamətdə tərəfdaşlığın rolu müzakirə ediləcək.

Proqramda submilli qurumların iqlim fəaliyyətində roluna dair “Impact Dialogue” sessiyası da yer alıb. Burada yerli və regional səviyyədə iqlim siyasətinin həyata keçirilməsi və bu qurumların iqlim fəaliyyətinə töhfəsi müzakirə olunacaq.

Üçüncü günün proqramında gənc jurnalistlərin iqlim mövzusunda fəaliyyətinə həsr olunan “Climate conversations: Engaging Young Journalists” dəyirmi masası da keçiriləcək. Sessiyada gənc jurnalistlərin iqlim gündəliyinin işıqlandırılmasında rolu və onların bu sahədə fəallığının artırılması məsələləri nəzərdən keçiriləcək.

Bununla yanaşı, binaların enerji səmərəliliyinin sertifikatlaşdırılması və rəqəmsal bina pasportları mövzusunda müzakirələr aparılacaq. Bu sessiyada tikinti sektorunda enerji səmərəliliyinin artırılması, rəqəmsal həllərin tətbiqi və binaların iqlim məqsədlərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzindədir.

Günün proqramında gənclərin rəhbərliyi ilə keçirilən İqlim Forumu çərçivəsində də müzakirələr nəzərdə tutulub. “Öhdəliklərdən icraya: COP31-ə gedən yolda” mövzusunda sessiyada iqlim öhdəliklərinin real fəaliyyətə çevrilməsi yolları müzakirə ediləcək. Digər sessiyada isə “İqlim × Süni intellekt: Texnologiya iqlim böhranını həll edə bilərmi?” sualı ətrafında fikir mübadiləsi aparılacaq.

Üçüncü günün digər mühüm mövzularından biri sülh, yardım və bərpa üçün dövlət və özəl iqlim maliyyəsinin səfərbər edilməsidir. Sessiyada iqlim maliyyəsinin müxtəlif ehtiyacların qarşılanmasına yönəldilməsi və dövlət-özəl sektor əməkdaşlığının imkanları nəzərdən keçiriləcək.

Həmçinin türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması mövzusunda dəyirmi masa keçirilir. Sessiyada ortaq ənənələrdən birgə fəaliyyətə keçid, mədəni irsin iqlim dəyişmələrinin təsirlərindən qorunması və biomüxtəlifliyin mühafizəsi məsələləri müzakirə olunacaq.

Proqram çərçivəsində iqlimədavamlı texnologiyalar və innovasiyaların sürətləndirilməsi mövzusunda da müzakirə aparılacaq. Burada iqlim dəyişmələrinin təsirlərinə davamlı gələcəyin formalaşdırılmasında yeni texnologiyaların və innovativ həllərin rolu diqqət mərkəzindədir.

Günün ikinci yarısında Xəzər regionunda metan emissiyalarının azaldılmasının genişləndirilməsi mövzusunda dəyirmi masa keçiriləcək. Sessiyada metan emissiyalarının azaldılması, regional əməkdaşlıq və bu istiqamətdə konkret fəaliyyətlərin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Üçüncü günün proqramının əsas sessiyalarından biri də “İqlim fəaliyyəti üçün Bakı Su Dialoqu – öhdəliklərdən icraya” mövzusundadır. Sessiyada COP31-ə qədər su mərkəzli iqlim fəaliyyətinin inkişaf etdirilməsi, su ehtiyatlarının iqlim dəyişmələrinə uyğun idarə olunması və qəbul edilmiş öhdəliklərin praktik tədbirlərə çevrilməsi məsələləri gündəmdə olacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Azərbaycanın valyuta ehtiyatları 16% artdı
Next Post: Azərbaycanda maaş artdı

Related Posts

  • “Şamaxinka” istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir – Anar Nəcəfli Ölkə
  • Sabah hava necə olacaq?  – PROQNOZ Ölkə
  • Bakıda hava limanında ƏMƏLİYYAT – FOTO Ölkə
  • Arzu Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – FOTO Ölkə
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 45 minə də var, 2500 manata da – ÖZƏL ORTA MƏKTƏBLƏRİN QİYMƏTLƏRİ Təhsil
  • Səhiyyə Nazirliyindən bu xəstəliklə bağlı XƏBƏRDARLIQ Ölkə
  • ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq İqdisadiyyat
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb Dünya
  • Alimlər Nepalda dağıdıcı daşqının səbəbini tapdı Dünya
  • Azərbaycanda maaş artdı Ölkə
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by