Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İrandan xəbərdarlıq: “Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq” Siyasət
  • Azərbaycan-Kot-d’İvuar ikitərəfli münasibətləri müzakirə olunub Siyasət
  • Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar Ölkə
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • Universitetlərə qəbul olunanların qeydiyyatı başladı Təhsil
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat
  • Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu Dünya
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya

Yolda təhlükəli yük daşıyan “Shacman”ı DYP belə saxladı

Posted on 4 Sentyabr 20264 Sentyabr 2026 By admin Şərh yoxdur Yolda təhlükəli yük daşıyan “Shacman”ı DYP belə saxladı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı normadan artıq yüklənmiş yük avtomobili aşkarlanıb.

99-GU-473 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı müəyyən edilib ki, icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsi 66 ton təşkil edib. Beləliklə, avtomobil müəyyən edilmiş maksimum çəki həddini 34 ton, yəni iki dəfədən artıq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, normadan artıq yüklənmə nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərir, tormoz məsafəsini uzadır, manevr və dayanıqlıq imkanlarını azaldır. Həmçinin təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyi artıraraq idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin başverməsi riskini yüksəldir.

Bundan başqa, ağırtonnajlı nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrini istismar etməməyə çağırıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ
Next Post: Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? – FOTO

Related Posts

  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət
  • Vergi ödəyicilərinin DİQQƏTİNƏ – 3 gün ərzində etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ! Cəmiyyət
  • Sevmədiyimiz işdə niyə illərlə qalırıq? – Bizi saxlayan görünməz səbəblər Cəmiyyət
  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • Romanın yaxınlığında 100 milyon avroluq tikinti başlayır – Vatikanın planı nədir? Dünya
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət
  • Torpağa basdırılan silah-sursat üzə çıxarıldı Cəmiyyət
  • Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu Dünya
  • Prezidentin sosial media hesablarında videoçarx paylaşıldı Ölkə
  • Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? – FOTO Ölkə
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by