Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Siyasət
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • Putindən Xəzər dənizi ilə bağlı TƏKLİF Siyasət
  • Xankəndidə müəllim və tələbələrin birgə konserti olub Mədəniyyət
  • Bakıda qadın qətlə yetirildi Kriminal
  • 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış Cəmiyyət
  • Sabah iki rayonda qaz olmayacaq Cəmiyyət
  • Paltarını yumadığı üçün arvadını baltaladı – Qadın şikayətçi olmadı Kriminal

Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək

Posted on 20 Oktyabr 2026 By admin Şərh yoxdur Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək

Fransa hökuməti oktyabrın 24-də keçiriləcək nümayişlər zamanı asayişin qorunmasında polis və jandarm qüvvələrinə dəstək vermək üçün “Sentinel” antiterror əməliyyatında iştirak edən hərbçiləri cəlb edə bilər.

 

Bu barədə Fransanın daxili işlər naziri Loran Nünez bildirib.

Nazirin sözlərinə görə, hərbçilər əsasən sabit obyektlərin mühafizəsinə cəlb ediləcəklər. Bu, polis və jandarm qüvvələrinə ictimai asayişin qorunması ilə bağlı vəzifələrini yerinə yetirmək üçün əlavə imkan yaradacaq.

Daxili işlər naziri hüquq-mühafizə orqanlarının yenidən “çox mobil xuliqan qrupları və ifrat solçu fəallarla” qarşılaşa biləcəyini vurğulayıb. Bununla əlaqədar hakimiyyət orqanları asayişin qorunması üçün zirehli transportyorların, jandarmın xüsusi təyinatlı bölmələrinin və helikopterlərin cəlb edilməsini nəzərdən keçirir.

Nazir həmçinin talançı qrupların daha operativ müəyyənləşdirilməsi məqsədilə sürətli reaksiyaya və mobilliyə daha çox önəm verən yeni doktrinanın hazırlanacağını bildirib.

“Sentinel” əməliyyatı 2015-ci ilin yanvarında, bir sıra terror aktlarından sonra ictimai əhəmiyyətli obyektlərin mühafizəsini gücləndirmək məqsədilə başladılıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, əməliyyatda 10 min hərbçi iştirak edir.

Qeyd edək ki, ötən həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.

Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Jerald Darmanenin sözlərinə görə, oktyabrın 17-də ölkədə talançılar təxminən 3 min mağazanı qarət edib, 2 500-dən çox insan saxlanılıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Kiyevdə yarımstansiyaya zərbə endirildi – Metro fəaliyyətini dayandırdı
Next Post: Rumıniyanın yeni baş naziri oldu

Related Posts

  • İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı Dünya
  • Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin Dünya
  • Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər Dünya
  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • ABŞ-nin kəşfiyyat PUA-sı vurulub – SEPAH Dünya
  • İstanbulda sel fəlakəti: Ölənlərin sayı artdı – YENİLƏNDİ Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Xaçmazda iki ata övladını BIÇAQLADI Kriminal
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər – VİDEO Ölkə
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • İcra başçısı onlara vəzifə verdi – Adlar Ölkə
  • “Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu – 14 kənd geri alındı Dünya
  • Prezidentin sosial media hesablarında videoçarx paylaşıldı Ölkə
  • İlham Zəkiyev Misirdə keçirilən Qran-pridə iştirak edəcək İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by