Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • Vəzifəli şəxs işdən çıxdı – Yeni sahəyə keçdi – FOTO Cəmiyyət
  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Himalayda qar uçqunu: 14 nəfər itkin düşdü Hadisə
  • Vergi ödəyicilərinin DİQQƏTİNƏ – 3 gün ərzində etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ! Cəmiyyət
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil

“Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi

Posted on 14 Sentyabr 2026 By admin Şərh yoxdur “Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz ton ilə bağlı dərin məyusluğunu bildirir.

Bu barədə “Report”a “Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəla, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz. Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir.

Azərbaycan və Ermənistan hazırda münaqişədən sonrakı mərhələdədir, hər iki ölkə onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını aradan qaldırmaq kimi məsuliyyətli bir misiya ilə üz-üzədir. Sülh təşəbbüslərinin bir hissəsi kimi biz – vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə sülh prosesini dəstəkləmək, dialoqu təşviq etmək və etimad quruculuğu tədbirlərinə töhfə vermək üçün addımlar atırıq.

Azərbaycan Respublikasının ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur.

Ədaləti təmin etmək üçün mədəni irs qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin ayrılmaz tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi məqsədilə platforma təsis ediblər.

Sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir. Çünki bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər. Biz Ermənistan cəmiyyətini bu məqsədlə təmkinli mövqe nümayiş etdirməyə, Ermənistanda və onun hüdudlarından kənarda müəyyən şəxslərin bədniyyətli gündəliyinə rəvac verməməyə dəvət edirik.

Fərhad Məmmədov

Kəmalə Məmmədova

Rusif Hüseynov

Dilarə Əfəndiyeva

Siyasət

Yazı naviqasiyası

Previous Post: Premyer Liqanın V turunda “Sabah” “Şəfa”ya qalib gəlib
Next Post: Zelenskidən gözlənilməz qərar: Baş prokuroru vəzifədən kənarlaşdırdı

Related Posts

  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşdü – YENİLƏNDİ – FOTOLAR Siyasət
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət
  • Ukraynanın zərbələrinə Putindən REAKSİYA Siyasət
  • Əraqçi Pakistan Ordusunun komandanı ilə danışıb Siyasət
  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • 1 saat danışdılar – Lavrov və Rubio nəyi müzakirə etdi? Siyasət
  • Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə.. Ölkə
  • Kreml Tehrana qarşı: Moskva bunu dəstəkləmir Siyasət
  • Bitkoin bahalaşdı İqdisadiyyat
  • Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi – Tramp açıqladı Siyasət
  • Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur Dünya
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by