Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Sabah”ı “Mançester Yunayted”lə oyunda neçə azarkeş dəstəkləyəcək? İdman
  • ABŞ-dən Azərbaycanla bağlı gözlənilməz qərar – Tarixdə ilk dəfə olacaq Ölkə
  • “Əfsanəvi tabor”un komandiri: “Qələbəmizin bünövrəsi Aprel döyüşlərində qoyuldu” – VİDEO Ölkə
  • “Vəkilin vaxtına kim hörmət etməlidir?” – İlhamə Həsənova od püskürdü Ölkə
  • Daha bir məktəbdə şagirdlər zəhərləndi – YENİLƏNDİ Hadisə
  • Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik Dünya
  • Əsas magistral su xətti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA Ölkə
  • Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar Ölkə

Nazir açıqladı: 90 min abituriyentdən 30 mini tələbə ola bilməyəcək

Posted on 9 Sentyabr 2026 By admin Şərh yoxdur Nazir açıqladı: 90 min abituriyentdən 30 mini tələbə ola bilməyəcək

Azərbaycanda ali məktəblərə qəbul üçün müraciət edənlərin sayı mövcud plan yerlərindən təxminən 30 min nəfər çoxdur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda ali təhsil müəssisələrində təxminən 60 min yer olduğu halda, tələbə olmaq üçün 90 min nəfər sənəd verir. Bu səbəbdən imtahanların çətin və ya asan olmasından asılı olmayaraq, müraciət edənlərin hamısının ali məktəbə qəbul olunması mümkün deyil:

“Çox sadədir: 60 min yerimiz var, 90 min nəfər sənəd verir. Həmişə 60 min nəfər tələbə adını alacaq, 30 min nəfər isə ala bilməyəcək. Qəbul imtahanı asan da olsa, çətin də olsa, nəticə dəyişmir”.

E.Əmrullayev qeyd edib ki, ali məktəbə qəbul uğrunda yaranan sərt rəqabət şagird və valideynlər üzərində ciddi təzyiq yaradır, eyni zamanda məktəb təhsilini dar çərçivəyə salır.

Nazir əvvəlki illərlə müqayisədə ali məktəblərdə plan yerlərinin iki dəfə artdığını da vurğulayıb:

“Əvvəllər 30 min nəfər qəbul olunur, 60 min nəfər kənarda qalırdı. İndi isə vəziyyət əksinədir. Amma 90 min nəfər 60 min yer uğrunda mübarizə aparırsa, sonda 30 min nəfər istəyinə çatmayacaq”.

Emin Əmrullayev bildirib ki, tam orta təhsil üzrə tətbiq edilən təmayül modelinin məqsədlərindən biri ali məktəbə hazırlaşan şagirdlər üçün dövlət hesabına daha bərabər və keyfiyyətli imkanlar yaratmaqdır.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş 
Next Post: “Sisi” həbs edildi

Related Posts

  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır Təhsil
  • Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ – VİDEO Təhsil
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil
  • Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar? Təhsil
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Valideynlərin nəzərinə – Sabahdan başlayır Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib Siyasət
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Məhkəmə qaçaqmalçılıqda təqsirləndirilən şəxslərlə bağlı qərar verdi Kriminal
  • Azərbaycan güləşçisi qızıl medal qazandı İdman
  • Ermənistanda saxlanılan Azərbaycan əsgərindən YENİ XƏBƏR VAR Siyasət
  • Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır Kriminal
  • İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər – Qarşısı alındı Kriminal

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by