Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Suriyada tarixi qərar: Kürd qüvvələri hökumət ordusuna tam inteqrasiya olunur Dünya
  • FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir Siyasət
  • “”Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır” – Dambrauskas İdman
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Corc nişanlandı  Mədəniyyət
  • “Liverpul” Barkolanı heyətinə qatdı İdman

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR

Posted on 23 Avqust 2026 By admin Şərh yoxdur Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkiblər.

Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verilib.

1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.

Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir.

Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi – Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.

“Yeni Daşkənd” ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.

Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət ediblər.

 

 

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
Next Post: Fransalı futbolçu Kastello Lukeba “Barselona”ya keçə bilər

Related Posts

  • Corc nişanlandı  Mədəniyyət
  • Kantri musiqisinin ikonası vəfat etdi Mədəniyyət
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Qarabağ” Rosanı icarəyə götürdü İdman
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • Suriyada tarixi qərar: Kürd qüvvələri hökumət ordusuna tam inteqrasiya olunur Dünya
  • “Sabah” “Zirə”ni darmadağın etdi İdman
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • e-gov.az bağlanır Ölkə
  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by