Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • “Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ Cəmiyyət
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • “Brent” bahalaşdı İqdisadiyyat
  • MÜTDA onların qəbul nəticələrini açıqladı Təhsil
  • Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb Dünya

Romanın yaxınlığında 100 milyon avroluq tikinti başlayır – Vatikanın planı nədir?

Posted on 22 Avqust 2026 By admin Şərh yoxdur Romanın yaxınlığında 100 milyon avroluq tikinti başlayır – Vatikanın planı nədir?

Vatikan Romanın yaxınlığında təxminən 100 milyon avro dəyərində iri aqrovoltaik elektrik stansiyası tikməyi planlaşdırır.

Bu barədə “Reuters” layihə ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, layihə Müqəddəs Taxt-Tacın tamamilə bərpa olunan enerjiyə keçməsinə imkan verəcək.

Stansiyanın gücü 80-90 MVt təşkil edəcək ki, bu da onu İtaliyada bu tip ən iri qurğulardan birinə çevirəcək. Günəş panelləri yerdən bir neçə metr yüksəklikdə yerləşdiriləcək və onların altında kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi mümkün olacaq. Panellərin yaratdığı kölgə suyun buxarlanmasını azaltmağa və bitkiləri ekstremal hava şəraitindən qorumağa kömək edəcək.

Stansiyanın Romanın şimal-qərbində, Vatikana məxsus təxminən 450 hektar ərazisi olan Santa-Mariya-di-Qaleriya sahəsində yerləşdirilməsi planlaşdırılır. Ərazinin təxminən 200 hektarında, yəni demək olar ki, yarısında hərəkətli günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

Layihənin lazımi icazələrin alınması da daxil olmaqla 18-24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. İstehsal olunan elektrik enerjisindən Vatikan Radiosunun yayım mərkəzinin, həmçinin Müqəddəs Taxt-Tacla əlaqəli digər obyektlərin, o cümlədən Romadakı Bambino Cesù xəstəxanasının fəaliyyətinin təmin edilməsi üçün istifadə olunacaq. Elektrik enerjisinin artıqlığının isə İtaliyaya ötürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Papa Fransiskin prioritetlərindən biri olub və onun varisi Papa XIV Lev tərəfindən də dəstəklənib. Daha əvvəl İtaliya və Vatikan layihəyə xüsusi status verilməsini, o cümlədən bəzi vergilərdən və dövlət rüsumlarından azad edilməsini nəzərdə tutan saziş imzalayıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Next Post: ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir

Related Posts

  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya
  • Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri – SİYAHI Dünya
  • Braziliya “TikTok”a qarşı hərəkətə keçdi Dünya
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı Cəmiyyət
  • Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir – VİDEO Hadisə
  • Fransalı futbolçu Kastello Lukeba “Barselona”ya keçə bilər İdman
  • İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi – FOTO Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by