Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR
2026-cı il oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında – “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: “Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30…