Onların da sertifikatı ləğv olundu - Foto

Dün, 14:39 - Gündəm / Cəmiyyət


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıda bir sıra tanınmış şəxslər var.

Belə ki, lisenziyası ləğv edilənlər arasında “Milan VİP” hospitalın həkimi Könül Ağamirova ilə “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyevanın da adı var.

Qeyd edək ki, bu gün estetik cərrah Sevinc Heydərovanın da lisenziyasının ləğv olunmasına dair məlumat yayılıb.

Fotoda Könül Ağamirova


Fotoda Şövkət Əliyeva

Digər xəbərlər