Rəşad Nəsirova yüksək vəzifə verildi
23-01-2024, 12:05 - Gündəm / Cəmiyyət
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib.
Bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.
O, AHİK-də hər iki vəzifəni də icra edəcək.
Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, "Lider" telekanallarında və İctimai Televiziyada fəaliyyət göstərib.