Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO

Bugün, 10:10 - Cəmiyyət / Video


Bakı şəhərinin Yasamal rayonunda yerləşən və Azərbaycanın görkəmli memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidənin hazırkı vəziyyəti narahatlıq doğurur.

32gun.az-ın əməkdaşının lentə aldığı görüntüdən və sakinlərin sözlərindən aydın olur ki, heykəlin üzərinə hopmuş çirk və quş ifrazatları uzaqdan belə nəzərə çarpır. Ətrafda yaşayan və gündəlik həmin ərazidən keçən sakinlər bildirirlər ki, heykəlin uzun müddətdir yuyulduğunu, təmizləndiyini görməyiblər.

Sakinlər bu mənzərəni xəcalətverici adlandırır və belə bir tarixi şəxsiyyətin adını daşıyan abidənin bu vəziyyətdə qalmasının həm mədəniyyətə, həm də ictimai estetikaya zidd olduğunu qeyd edirlər.(32gun.az)

Digər xəbərlər

Xəbər lenti