Lənkəranda dəmir yolu xəttin bir addımlığında restorana hansı məmur icazə verib?-Video
Bugün, 12:29 - Gündəm / Cəmiyyət
Qanunsuz tikintilərlə bağlı mütəmadi,mətbuatda və sosial platformalarda xəbərlər dərc olunmaqdadır.
Cavabdeh qurumlar qanunsuz tikintilərlə mübarizə aparılmasına baxmayaraq bəzi hallarda belə tikintiləri məmurlar himayə edir və qeyri-rəsmi “icazə”si verilir.
Lənkəran şəhərində dəmir yolu kənarında restoran fəaliyyət göstərir. Görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, Lənkəranda dəmir yolu xəttinin bir addımlığında açıq havada restoranın bir hissəsi dəniz sahilində,digər hissəsi isə dəmir yolu relslərinin qarşısında tikilib və fəaliyyət göstərir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarnda münasibət öyrənmək mümkün olmadı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən də eyni qaydada heç bir açıqlama verilmədi.
Qeyd edək ki, Azərbaycan Dəmir Yollarnda QSC-nin sədri Rövşən Rüstəmovdur.(Xalq.online)