Qaxda əməliyyat - İcra başçısı saxlanıldı

Bugün, 15:12 - Gündəm / Araşdırma

Qaxda əməliyyat - İcra başçısı saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

***
Əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.(News24.az)

Digər xəbərlər

Xəbər lenti