“MedAura”nın həkimi Yaqub Asadidən Şikayət: Burnum çürüyür kömək edin....-Video
Dün, 17:07 - Gündəm / Araşdırma
Yaqub Asadi Bakı sakini olan xanımın burnunu kosmetik əməliyyat edərkən qeyri- peşəkarlığa yol verib?
Şikayətçi Cabbarova Aygün “MedAura” klinikasında 31.05.2024-cü ildə ona ödədiyi 3000 manatını və 30.11.2024-cü ildə ikinci dəfə əməliyyat üçün ödədiyi 2800 manatı əməliyyat xərcini geri tələb edir.
Bakı şəhər sakini Cabbarova Aygün Xalq.az-a şikayət məktubu yazaraq məsələni ictimayyələşdirməyimizi xahiş edir.
Şikayətçi “MedAura” klinikasının həkimi Yaqub Asadini qeyri-peşəkarlıqda ittiham edir.
Aygün Cabbarovanın sözlərinə görə, adıçəkilən həkim onun burnunu düzgün əməliyyat etməyib:
Daxil olan şikayətdə bildirir ki, qəza keçirtdiyinə görə nəfəs almaq problemi var idi. “MedAura” klinikasına müraciət etdim. Lor-cərrah Yaqub Asadi 31.05.2024-ci ildə 3000 manat ödəniş alaraq məni əməliyyat etdi. Burnumda tikiş izləri və burnumda əyrilik olduğu üçün, assemetriya düz olmadığını bildirdim yenidən 30.11.2024-ci ildə 2800 manat ödənişlə məni təkrar əməliiyat etdilər. Lakin bu gün burnum çürüyür, və iltihab axır. “MedAaura” klinikasına baş həkimi Nigar Məhəmmədovaya müraciət etsəmdə heç bir tədbir görmür və məni aldadırlar.
Çox təəssüf ki, həkimin qeyri-peşəkarlığı nəticəsində burnum əvvəkindən də pis vəziyyətə düşüb”. Aygün Cabbarova deyir ki, qarşılaşdığı problemlə bağlı həkim Y.Asadiyə şəxsən etirazını bildirib. Şikayətçi deyir ki, əməliyyatdan 1 il keçməsinə baxmayaraq üzəmdə tikiş izləri qalıb, burnum da çürüyür. Mən bununla bağlı artıq Səhiyyə Nazirliyinə,Baş Prokuroluğa müraciət etmişəm. Lazımi hüquqi tədbirlər görülməsini xahiş edirəm.
Qeyd edək ki, şikayətçinin müraciəti ilə bağlı əməkdaşımız “MedAura” klinikasının həkimi Yaqub Asadi ilə əlaqə saxlayıb, o jurnalist olduğumuzu pasiyentin şikayəti əsasında ona sual verdikdə pasiyenti ağır formada təhqir edərək dəstəyi asdı. Bu kimi halla həkim peşə etikasına zidd davranış nümayiş etdirərək, Yaqub Asadinin tibbi elmləri doktoru olması belə şübhə altına alır. “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova ilə əlaqə yaratmaq mümkün olmadı .
Qeyd edək ki, sosial platformada və mətbuatda müxtəlif vaxtlarda “MedAura” klinikası ilə bağlı xoşəgəlməz pasiyent şikayətləri yayımlanır. “MedAura” klinikasında əməliiyatdan sonra problem yaranan minlərlə şikayətçi var.
Amma nədənsə Səhiyyə Nazirliyi bu məsləyə göz yumur.
Sonda şikayətçi xəstələrə çağırış edərək mənim kimi əziyyət çəkmək istəmirsizsə “MedAura” klinikasına müraciət edib əməliyyat olunmayın. Orada qeyri peşakar həkimlər üzünüzdə, səhhətinzdə qüsurlar yaradacaq və hayatınız, səhhətiniz məhv olacaq deyə qeyd edib.
Yazıda adları keçənlərində münasibətini dərc etməyə hazırıq
Şikayətçinin həkim Yaqub Asadinin əməliyyatının problemlərini təqdim edirik.(Xalq.az)