Bakının bu ərazisində evlər sökülür

Dün, 17:25 - Cəmiyyət


Bakıda “Xutor” qəsəbəsində böyük söküntü işlərinə başlanılacaq.

Artıq bununla bağlı hazırlıqlar gedir. Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb.

Məlumata görə, bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Nəsimi rayonunda da böyük söküntü işlərinin başlanacağı barədə məlumat yayılıb. Söhbət “Papanin” kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

İqtisadiyyat.az

Digər xəbərlər