Binədə istixanada güclü YANĞIN baş verib
Xəzər rayonunun Binə qəsəbəsindəki yanğın istixanada baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.