Onların da yurd həsrəti bitdi
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Quzeyxırman, Güneyxırman kəndlərinə və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə – 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə – 103…