Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş Ölkə
  • Ayxan Mirzəzadə Avropa çempionu olub İdman
  • Rəqs müəllimlərini tənqid etdi Mədəniyyət
  • Kazemironun debüt qolu, Messinin pokeri: “İnter Mayami” “Monreal”ı darmadağın etdi İdman
  • Niger hakimiyyəti Fransanı ölkədə hərbi çevrilişə cəhddə ittiham edib Dünya
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil
  • İmişlidə narkotik satan 40 yaşlı qadın saxlanıldı Kriminal

İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB

Posted on 28 Avqust 2026 By admin Şərh yoxdur İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB

Yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilən məlumata görə, tutulmanın maksimumu saat 08:12:53-də olub.

Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə – Ay batana qədər müşahidə etmək mümkün olub.

***

Avqust ayında ilin son tutulma hadisəsi başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu, Qismən Ay tutulmasıdır. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir. Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada – bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.

Tutulma saat 05:23-də başlayıb, saat 11:01-də bitəcək. Təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunmur. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.

Xatırladaq ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi – iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?”
Next Post: Qazaxıstan Prezidenti hökuməti istefaya göndərdi

Related Posts

  • Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Ölkə
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Səhiyyə Nazirliyindən bu xəstəliklə bağlı XƏBƏRDARLIQ Ölkə
  • “Vəkilin vaxtına kim hörmət etməlidir?” – İlhamə Həsənova od püskürdü Ölkə
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik edildi  Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • Qərb sülh istəyirmi? – İndi əsas sual budur Siyasət
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək Siyasət
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by