Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman
  • Hadisə yerinə ilk onlar çatır – VİDEO Hadisə
  • “Qarabağ” Rosanı icarəyə götürdü İdman
  • Yasamalda işıq olmayacaq Cəmiyyət
  • ABŞ İrana hücum edə bilər – “Xatəm əl-Ənbiya”dan xəbərdarlıq Siyasət
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya
  • Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər Dünya
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Posted on 27 Avqust 2026 By admin Şərh yoxdur Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv olunub.

Keçmiş deputat Aleksandr Qliskovun işi üzrə əsas şahid hesab olunan Səməd Yusubov Krasnoyarsk diyarının Qanunvericilik Məclisinə seçki yarışından kənarlaşdırılıb.

Məlumata görə, Yusubov Rusiya Kommunist Partiyasının Şarıpovo regional qrupunda siyahının birinci nömrəsi olub. Lakin avqustun 21-də seçki komissiyası partiyanın diyar komitəsinin bürosunun qərarı əsasında onu namizədlər siyahısından çıxarıb. Qərarın səbəbləri ictimaiyyətə ətraflı açıqlanmayıb.

Səməd Yusubov uzun illər “KrayDEO” müəssisəsində çalışıb, rəhbər müavini və direktor vəzifələrini tutub. O, 2018–2023-cü illərdə “Ədalətli Rusiya” Partiyasından Krasnoyarsk Şəhər Şurasının deputatı olub.

2023-cü ildə Yusubov özü də vəzifə səlahiyyətlərindən sui-istifadə işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Lakin 2024-cü ilin fevralında cinayət təqibinə müddətin keçməsi səbəbindən xitam verilib. İşdə 3,6 milyon rublun ehtimal olunan mənimsənilməsi ilə bağlı epizod da yer alıb.

Daha sonra Yusubovun ifadələri Aleksandr Qliskovun cinayət işi üçün mühüm əhəmiyyət daşıyıb. İstintaqın versiyasına görə, Qliskov 2017-ci ildə vasitəçi ilə “KrayDEO” rəhbərinin müavinindən himayədarlıq müqabilində 5 milyon rubl tələb edib və bunun 1 milyon rublunu alıb. Qliskov ittihamları qəbul etməyib.

2024-cü ilin oktyabrında o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2026-cı ilin fevralında Krasnoyarsk Diyar Məhkəməsi hökmü ləğv edib və işi prokurorluğa qaytarıb.

Avqust ayında Qliskova yeni ittiham irəli sürülüb. Ehtimal olunan rüşvətin verilmə müddəti 2017-ci il mayın 18–22-si kimi dəqiqləşdirilib, “KrayDEO”ya qarşı “informasiya təzyiqi” dövrü isə 2016-cı ilin oktyabrına qədər genişləndirilib.

Müdafiə tərəfi hesab edir ki, ittihamdakı bu dəyişikliklər mövcud materiallara uyğunlaşdırma cəhdidir.(Lent.az)

Aleksandr Qliskov və Səməd Yusubov

Dünya

Yazı naviqasiyası

Previous Post: Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb
Next Post: UEFA Konfrans Liqası: “Qarabağ” – “Tvente” oyununda hesab açılıb – VİDEO –  YENİLƏNİB

Related Posts

  • Bu iki ölkə birgə bank yaradacaq Dünya
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya
  • Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı Dünya
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb Dünya
  • “Sisi” həbs edildi Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Nardaranda ayağı su nasosunda qalan uşağı xilas etmək mümkün olmadı – YENİLƏNİB Hadisə
  • “”Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır” – Dambrauskas İdman
  • Rusiya onu “persona non grata” elan etdi Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by