Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə
  • Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – YENİLƏNİB Ölkə
  • Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Cəmiyyət
  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • “2 milyonum olsaydı, toyda oxumazdım” – Eldəniz Məmmədov Mədəniyyət
  • “Sabah” “Zirə”ni darmadağın etdi İdman

Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı

Posted on 6 Noyabr 2026 By admin Şərh yoxdur Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı

Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tarixinin əsasını qoydu, xalqın ictimai və mədəni həyatında, milli dəyərlərin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsində paylaşımında qeyd olunub.

O qeyd edib ki, 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi.

“Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi. Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür”.

Bu gün Azərbaycan teleradiosunun tarixində əlamətdar gündür. Düz 100 il əvvəl – 1926-cı il noyabrın 6-da “Diqqət, danışır Bakı!” sözləri ilə ilk dəfə efirə çıxan Azərbaycan Radiosu milli yayım tariximizin əsasını qoydu, xalqımızın ictimai və mədəni həyatında, milli dəyərlərimizin təbliğində və maarifçilik ənənələrinin inkişafında mühüm rol oynadı. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə keçdi. Televiziya və radio ötən illər ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq, xalqımızın tarixini və milli-mənəvi irsini gələcək nəsillərə çatdıran mühüm informasiya vasitələrinə çevrildi. Bu gün Azərbaycan televiziya və radiosu zəngin tarixi ənənələrini yaşatmaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən media islahatları institusional potensialın gücləndirilməsinə, teleradio yayımının texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya, proqramların mövzu müxtəlifliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının media nümayəndələrinin fəaliyyətinə göstərdiyi diqqət və qayğı da xüsusi minnətdarlıq doğurur. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 5-də bir qrup media nümayəndəsini təltif etməsi bu sahəyə uzun illər sədaqətlə xidmət edən peşəkarların əməyinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycan Radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bütün teleradio əməkdaşlarını, o cümlədən bu sahənin veteranlarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram!

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2026

Ölkə

Yazı naviqasiyası

Previous Post: Məşhur ürək cərrahı açıqladı: “Gənc yaşında infarktdan ölənlərin sayı artır” 
Next Post: “McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO

Related Posts

  • e-gov.az bağlanır Ölkə
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Ölkə
  • Azərbaycan iki ölkə ilə birlikdə Qarabağda hərbi təlimlərə başlayır Ölkə
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə
  • Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər – VİDEO Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim” Cəmiyyət
  • Daha 40 məktəbdə hibrid təhsil olacaq Təhsil
  • Sabirabadda avtomobil motosikletlə toqquşub – ölən var Hadisə
  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman
  • Dünyada Rusiyaya nifrət artır – Pamfilova Siyasət
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by