Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Hadisə
  • Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi Cəmiyyət
  • Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi Ölkə
  • Azərbaycan və Fransanın XİN başçıları görüşüb Ölkə
  • Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat Kriminal
  • Azərbaycanda işıq pulu ləğv edilə bilər Ölkə

Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı

Posted on 23 Oktyabr 2026 By admin Şərh yoxdur Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və fəaliyyətin icrasının nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

Bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Agentliyin fəaliyyəti dövründə atılan addımlar ali təhsildə keyfiyyətin təminatının gücləndirilməsinə, bununla da məzunların respublikada və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərməkdədir. Xarici kvalifikasiyaların tanınması istiqamətində bir sıra fəaliyyətlər nəticəsində saxta diplomlar müəyyənləşdirilib. Kvalifikasiyaların tanınması üzrə məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qəbul edilən qərarların ümumilikdə hüquqi əsaslı olduğunu qeyd etmək imkanı verib. Qabaqcıl təcrübədə təhsildə keyfiyyətin təminatı qurumunun müstəqilliyi ilə yanaşı onun maliyyələşmə mənbəələrinin əsas komponentlərindən birinin məhz dövlət büdcəsi vəsaiti olması qəbul edilir və respublikamızda bu prinsip tətbiq edilməkdədir.

Auditin əsas nəticələri aşağıdakılar olub:

TKTA-nın fəaliyyətində idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətləri üzrə bir sıra sistem xarakterli problemlər olub, müəyyən edilmiş nöqsanlar qurumun fəaliyyətinin effektivliyinə, maliyyə dayanıqlılığına mənfi təsir göstərməklə keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının gücləndirilməsi addımlarının genişlənməsinə mane olub.

TKTA-nın Nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması riskləri yaradıb, müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyən edilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub.

Akkreditasiya sahəsində normativ baza, akkreditasiya meyarları bütün təhsil pillələrini əhatə etməmiş, akkreditasiya qrafikləri icra edilməyib, elektron sistemlər yaradılmayıb, sənədləşdirmə və ekspert fəaliyyətində çatışmazlıqlar olub, bəzi təhsil müəssisələri akkreditasiyasız fəaliyyət göstərib.

Kvalifikasiyaların tanınması istiqamətində qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması, normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanması ilə nəticələnib, bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi xarici kvalifikasiyaların tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinə zərurət olduğunu göstərib.

Müvafiq audit tapıntıları QFİTT (qeyri-formal və informal təhsilin tanınması) fəaliyyətinin təşkilati modeli, ekspert potensialının idarə olunması, dövlət təhsil standartlarının müasirləşdirilməsi, analitik fəaliyyətlərin nəticəyönümlülüyü və metodiki təminatın gücləndirilməsi istiqamətlərində də təkmilləşdirmələrə ehtiyac olduğunu deməyə əsas verib.

Dövlət vəsaitləri bir sıra hallarda təyinatına uyğun istifadə edilməyib, dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu tətbiq edilməklə müsabiqəli mühitin formalaşdırılması təmin olunmayıb, satınalma müqavilələrində nəzarətin təmin edilməməsi ödənilmiş vəsait və əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb, uçot-hesabat işlərində nöqsanlar müəyyən edilib. Funksional fəaliyyətdən gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilməyib.

Ümumilikdə, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin təmin edilməsi üçün idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi istiqamətində kompleks islahatlar həyata keçirilməsinin zəruriliyini göstərmişdir.

Auditin nəticələri barədə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Auditor hesabatı Elm və Təhsil Nazirliyi və TKTA-ya göndərilib, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Maliyyə Nazirliyinə, həmçinin ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı müəyyən edilmiş hallar barədə Səhiyyə Nazirliyinə məlumat göndərilməsi qərara alınıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olundu
Next Post: Bütün sosial müavinətlər ödənildi

Related Posts

  • Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • Yasamalda işıq olmayacaq Cəmiyyət
  • Vəzifəli şəxs işdən çıxdı – Yeni sahəyə keçdi – FOTO Cəmiyyət
  • SAKİNLƏRİN NƏZƏRİNƏ! Sabah bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ bu ölkəyə milyonlarla dollar dəyərində gecəgörmə cihazları göndərəcək Siyasət
  • İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB Ölkə
  • “Şamaxinka” istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir – Anar Nəcəfli Ölkə
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi – FOTO Dünya
  • “Yuventus” tarixində ilk dəfə Seriya A-da italyan oyunçularsız oynadı İdman
  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by