İran Prezidenti Məsud Pezeşkian sabah – oktyabrın 16-da Ermənistana səfər edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Səfərdə məqsəd BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası Tərəflərinin İrəvanda keçiriləcək 17-ci Konfransında (COP17) iştirak etməkdir.
XİN rəsminin sözlərinə görə, M.Pezeşkianın sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması da planlaşdırılır.