Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Qərb sülh istəyirmi? – İndi əsas sual budur Siyasət
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Sürücülərə ŞAD XƏBƏR – Bu yollar açıldı Cəmiyyət
  • Bakıda daha iki yol təmirə bağlanır Ölkə
  • YAP-ın qurultayından maraqlı FOTOLAR Ölkə

Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB

Posted on 2 Oktyabr 2026 By admin Şərh yoxdur Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB

Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb.

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, zəhərlənənlərin 17-i oğlan, 4-ü qız olub.

“Saat 10:20 radələrindən başlayaraq onlar zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

***

14:19

Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan “Chupa Chups” markalı konfetin səbəb olduğu bildirilir.

2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.

Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət edilib.

Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

12:55

İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidən(AQTA) Ölkə.az-a bildirilib ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

12:11

Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

***

11:34

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

Bu barədə  AQTA-dan bildirilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

11:21

***

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

Ilkin məlumata görə, 14 şagird zəhərlənib.

Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.

TƏBİB-dən cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 kişi, 3 qadın zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.

 

 

Hadisə

Yazı naviqasiyası

Previous Post: Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ
Next Post: “Turan Tovuz” – “Fənərbağça” oyununa nə qədər bilet satılıb?

Related Posts

  • Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI Hadisə
  • Bakı-Sumqayıt yolunda QƏZA: Yük avtomobili arakəsməyə çırpıldı – VİDEO Hadisə
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • İsmayıllıda bahalı avtomobil qəzaya düşdü – Ölənlər var Hadisə
  • Azyaşlı 3-cü mərtəbədən yıxıldı Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi – FOTO Dünya
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Müğənni Tuğba Ekinçi saxlanıldı Dünya
  • Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev GENERALIN DƏFNİNDƏ – FOTOLAR Ölkə
  • Daha 40 məktəbdə hibrid təhsil olacaq Təhsil
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by