Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • “Qarabağ” Rosanı icarəyə götürdü İdman
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Daha bir tarixi seriala çəkiləcək Dünya
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib Siyasət
  • ABŞ-İran qarşıdurması: 20-yə yaxın tanker Şri-Lanka sahillərinə sığındı Siyasət

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Posted on 12 Sentyabr 2026 By admin Şərh yoxdur Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.

Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?

Deputat Vüqar Bayramov vətəndaşların bərpa olunan enerjidən istifadə etməsinin artıq bir sıra ölkələrdə tətbiq olunduğunu deyib.

“O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib”, – deputat bildirib.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:

“Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir”.

Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:

“Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Əzizi: İranın cavabı daha dağıdıcı və ağrılı olacaq
Next Post: Məşhur pop-ulduz Ledi Qaqa ana oldu

Related Posts

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə
  • Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır Ölkə
  • Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO Ölkə
  • Bəzi ərazilərdə qaz olmayacaq Ölkə
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Sisi” həbs edildi Dünya
  • İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib Siyasət
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Zelenskinin qərarına qarşı aksiya keçirdilər Dünya
  • Ərdoğandan xəbərdarlıq: İran-ABŞ gərginliyi Türkiyə iqtisadiyyatına da təsir edir Dünya
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət
  • Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by