Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Sabah yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Sabah bu ərazilərdə qaz olmayacaq Ölkə
  • Ağ Ev: Rusiya və Ukrayna müvəqqəti atəşkəsə razılaşdı Siyasət
  • “Bitcoin” və “Ethereum” kəskin ucuzlaşıb İqdisadiyyat
  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • İsmayıllıda bahalı avtomobil qəzaya düşdü – Ölənlər var Hadisə

Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni detallar – Video

Posted on 19 Noyabr 2026 By admin Şərh yoxdur Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni detallar – Video

Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır.

Bu barədə  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu.

“Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.

Yüksək sürətin xöşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!

Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər…”, – idarədən qeyd olunub.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Bu il yüksək sürət yollarda 256 nəfərin həyatına son qoyub
Next Post: Alim Qasımovdan GTA 6 açıqlaması

Related Posts

  • Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü Hadisə
  • Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI Hadisə
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə
  • Hadisə yerinə ilk onlar çatır – VİDEO Hadisə
  • Bu il yüksək sürət yollarda 256 nəfərin həyatına son qoyub Hadisə
  • Ayrılmaq istəyən sevgilisini döydü Hadisə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ayxan Mirzəzadə Avropa çempionu olub İdman
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri – SİYAHI Dünya
  • Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş  Hadisə
  • Avqustun 17-dək leysan, dolu və sel olacaq – XƏBƏRDARLIQ Cəmiyyət
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət
  • “İnter”, “Arsenal”, “Roma” – Avropa klublarında YENİ TRANSFERLƏR İdman
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by