Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik Ölkə
  • Gəncədə 25 yaşlı kişi meyiti tapıldı Kriminal
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • SEPAH Hörmüz boğazı üzərində daha bir PUA-nı vurub Siyasət
  • “Vəkilin vaxtına kim hörmət etməlidir?” – İlhamə Həsənova od püskürdü Ölkə
  • Bu yolda hərəkət üç gecə məhdudlaşdırılacaq Ölkə
  • Onlara AFFA-da yeni vəzifə verildi İdman

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Posted on 20 Oktyabr 2026 By admin Şərh yoxdur Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.

 Ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib. Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.

Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng xalça, həmçinin 2009-cu ildə xüsusi olaraq muzeyin yeni binası üçün toxunulmuş xalçalar qorunub saxlanılır. Muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatları, o cümlədən XVII–XIX əsrlərə aid unikal nümunələr mövcuddur.

Sonra milli türkmən geyimlərinin moda sərgisi nümayiş olunub. Nümayiş zamanı əl işi naxışlı ipək türkmən libasları, qədim milli, həmçinin müasir elementlərlə zənginləşdirilmiş geyimlər də geniş şəkildə təqdim edilib.

 

 

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Next Post: “Trabzonspor”un prezidenti cəzalandırıldı

Related Posts

  • Xankəndidə müəllim və tələbələrin birgə konserti olub Mədəniyyət
  • Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ XƏBƏR Mədəniyyət
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • Kantri musiqisinin ikonası vəfat etdi Mədəniyyət
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • “2 milyonum olsaydı, toyda oxumazdım” – Eldəniz Məmmədov Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah hava necə olacaq? – Proqnoz Ölkə
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • “Barselona” Holannı 2027-ci ildə transfer etmək istəyir İdman
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • 6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir Cəmiyyət
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • “ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır” – Kolbi Siyasət
  • Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? – VİDEO İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by