Gəncədə bir ailənin 5 üzvü zəhərləndi - 3-ü uşaqdır

22-04-2025, 09:03 - Hadisə


Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

Digər xəbərlər