Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR

23-11-2024, 12:20 - Gündəm / Cəmiyyət


Neçə gündür ki, yerli KİV-də Naxçıvanda Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (Naxçıvanın "TƏBİB"i) direktoru Vüsal Məmmədovun, İcbari Tibbi Sığortanın direktoru Elnur İbrahimovun və çox sayda səhiyyə işçisinin həbs olunması xəbərləri müzakirə olunmaqdadır. "Dia.az" xəbər verir ki, müxtəlif informasiyalar yayılsa da, hələlik rəsmi ünvanlar bu barədə susur.

Biz isə əldə etdiyimiz növbəti faktları təqdim eidirk. Naxçıvandakı qaynaqlardan bildirilənə görə, Vüsal Məmmədov bu gün MR-dakı səhiyyə korrupsiyasının başında dayanan əsas fiqur hesab olunur. Naxçıvandakı xəstəxanalrda baş verən bütün tibb işçisi təyinatlarına görə alınan rüşvət məhz Vüsal Məmmədova çatırmış. Bu barədə yetərincə dəlilin olduğunu deyən mənbəmiz əlavə edir ki, konkret olaraq bank filialları ilə Vüsal Məmmədovun hesabına yatırılmış pullar..

Hər halda bu faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını ehtimal edirik...

Dünən günün sonuna yaxın bir başqa qaynaqdan əldə etdiyimiz informasiyada isə artıq Vüsal Məmmədovun barəsində 4 aylıq həbs qəti-imkan tədbirinin seçildiyi iddia olundu. Yenə də qeyd edək ki, bunu dəqiqləşdirmək imkanlarımız məhdud olduğundan yalnız rəsmi qaynaqların xüsusi açıqlamalarını gözləməliyik. Mənbəmiz isə əlavə edir ki, artıq istintaq altında olan Vüsal Məmmədov dünənə qədər iki dəfə həbsdən müəmmalı şəkildə çıxıb, lakin sonradan barəsində qəti qərar verilib. Görünür, artıq araşdırma aparan orqanlar tutarlı dəlillər əsasında sözügedəın addımı atmalı olublar.

O da aydın olur ki, həbslər bununla bitməyəcək və neçə-neçə şəxsin qolunun qandallanması çəkksizdir...

Məsələ diqqətimizdədir... Bizi izləməyə davam edin...

Dia.az

Digər xəbərlər