Səfər Mehdiyev işçiləri işlətsə də... PULLARINI VERMİR! - NARAZILIQ VAR...

14-11-2024, 13:04 - Gündəm / Cəmiyyət


"Neçə müddətdir ki, Babək rayonunda fəaliyyət göstərən Daş Məhsulları Sənaye Kompleksinin işçilərinin maaşları verilmir. Və bu da rəhbərliyi narahat etmir..." Bu barədə "Dia.az"a edilən müraciətdə deyilir.

Narazı işçilərin sözlərindən belə aydın olur ki, onlarla marəsizlikdən, iş yerini itirmək qorxusundan buna dözürlər: "Əvvəlki vaxtlar olsaydı, etiraza qalxardıq. İndi səsini çıxaranı işdən atırlar... Adi fəhlə işi tapmaq da çətindir. Buna görə də rəhbərlik maaşları neçə aydır vermir, amma səsin də çıxaran yoxdur.

Səfər Mehdiyev işçiləri işlətsə də... PULLARINI VERMİR!

Bu adamları maraqlandırmır ki, kasıb işçi ailəsini nə ilə dolandırır..."

Qeyd edək ki, Daş Məhsulları Sənaye Kompleksi "Arkoz" Holdinqin tərkibində fəaliyyət göstərir. Bu holdinqin isə Gömrük Komiəsinin keçmiş sədri Səfər Mehdiyevə məxsus olduğu bildirilir...(Dia.az)

Digər xəbərlər