Xaçmazda yerli RİH sakinlərə belə ZİYAN VURUR - GİLEY
4-11-2024, 13:42 - Gündəm / Cəmiyyət
Xaçmaz sakinləri yenə də yerli icra qurumlarının yaratdığı problemlə üz-üzə qalıblar. "DİA-AZ" xəbər verir ki, hər halda bəhs etdiyimiz problemin səbəbkarı kimi məhz Xaçmaz rayon İcra Hakimiyyəti çıxış etməkdədir.
Sakinlərin yazdığına görə, Xaçmazın Nəriman Nərimanov küçəsində biinalrın damı 1 aydan çoxdur ki təmir üçün sökülsə də, nə köhnəsi qaytarıb yerinə qoyulmur, nə də təmir olunmur. Bunun da nəticəsində vətəndaşların evlərinə ciddi şəkildə ziyan vurulmaqdadır və hər yağışlı havada anoloji ziyan davam edir.
Sakinlər deyir ki, evlərinə yağış sularının dolmasından giley edərək icra başçısı Elnur Rzayevin qbuluna da gediblər: "Amma xeyri olmadı. Başçının müavinləri isə, ümumiyyətlə Xaçmazdan xəbərsizdirlər..."
Sakinlər bildirir ki, yenə də yağışlı havada ləyən-vedrə ilə öz "mübarizələrinə" davam edirlər. Təbii ki yerli RİH-in hərəkətə keçməsini gözləmək şərtilə...