Müdafiə Nazirliyindən yarım milyonluq ALIŞ-VERİŞ
19-05-2023, 11:08 - Gündəm / Cəmiyyət
Müdafiə Nazirliyi əşya əmlakının (geyimlərin, suvenir və hədiyyələrin) satın alınması ilə bağlı tenderin nəticələrini elan edib.
24news.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Global Stationery Office" MMC olub.
Qalib şirkətə 409 853 manat ödəniləcək.
"Global Stationery Office" MMC 2020-ci ildən indiyədək 15 tenderi qazanıb.