İrəvanda fəala qarşı zorakılık faktına görə altı nəfər saxlanılıb

30-04-2025, 16:19 - Gündəm / Dünya



Ermənistan polisi İrəvanın Nor-Nork rayonunun inzibati binasında baş verən dava hadisəsindən sonra altı nəfəri saxlayıb.

Bu barədə Ermənistan KİV-i polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İstintaq orqanına ötürülmək üçün materiallar hazırlanır", - qurumdan bildirilib.

Qeyd edək ki, hadisə 30 apreldə baş verib. Nor-Nork rayonunun rəhbəri Tiqran Ter-Markaryan inzibati binanın bir neçə əməkdaşı ilə birlikdə bələdiyyəyə gələn fəal Artur Çaxoyana yumruqla hücum ediblər. A.Çaxoyan xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər