S-400-ü Ukraynaya göndərin - ABŞ-dan Türkiyəyə TƏKLİF

7-05-2023, 18:18 - Dünya

S-400-ü Ukraynaya göndərin - ABŞ-dan Türkiyəyə TƏKLİF

ABŞ Türkiyəyə S-400 zenit raket kompleksini Ukraynaya göndərməyi təklif edib.

24news.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.

“Bizə S-400-ə özlərinin nəzarət etməsini təklif etdilər. Bu, bizim müstəqilliyimizə müdaxilədir. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizə bununla razılaşmadıq, imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”, - deyə XİN başçısı vurğulayıb.

Digər xəbərlər