Türkiyə Netanyahunun təyyarəsinə öz hava məkanından istifadəyə icazə verib

30-04-2025, 14:14 - Dünya


Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün öz hava məkanından istifadəyə icazə verib.

Bu barədə məlumatı “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb.

“İsrailin Baş naziri mayın 7-də axşam saatlarında “Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yollanacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, “The Times of Israel” portalı Netanyahunun Azərbaycana səfərinin 5 gün davam edəcəyini bildirib.

Digər xəbərlər