"Ailə TV" deyir ki, problem ümumidir... - MÜRACİƏT
23-06-2023, 09:49 - Cəmiyyət
"Son 1 aydır Aile tv-nin interneti bərbad işləyir". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Riana Əmirxanova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra deyir: "Gərək modemin yanında durasan ki, internet işləyə. O biri otağa keçəndə hətta "vatsap"da mesaj belə güclə gedir.
Özlərinə demişəm, deyirlər, ümumi - yuxarı provayderdən gələn problemdir, gözləyirik, həll olunsun. Sizdə də elədir?"
İddia olunanlarla bağlı 24news.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...