Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Solomon adaları sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yealtı təkanın episentri 26 min nəfər əhalisi olan Kokopo şəhərindən (Papua-Yeni Qvineya) 158 km şərqdə yerləşib. Zəlzələnin ocağı 114 km dərinlikdə olub. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.