Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan Pakitsana başsağlığı verdi Siyasət
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək Dünya
  • Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib Siyasət

Narkotiklə bağlı cinayət törədənlərin SAYI

Posted on 21 Avqust 2026 By admin Şərh yoxdur Narkotiklə bağlı cinayət törədənlərin SAYI

Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 460 cinayət qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə ölkədə ümumilikdə 15 420 cinayət hadisəsi qeydə alınıb. Onların 28,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır.

Narkotiklərlə bağlı cinayətlərin 73 faizini satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanılması, hazırlanması, emalı və daşınması təşkil edib.

Cinayətlərin 24,6 faizi həmin əməllərin satış məqsədilə törədilməsi, eləcə də narkotik vasitələrin istehsalı, göndərilməsi və qanunsuz satışı ilə bağlı olub. Daha 1,7 faiz narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası, 0,7 faiz isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 2 853 şəxs müəyyən edilib. Onların 44,2 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz artıb.

Eyni zamanda, narkotiklərlə bağlı cinayətlərin 1 386-sı narkotik aludəçiləri tərəfindən törədilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalıb.

Bundan başqa, cari ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 011 inzibati xəta qeydə alınıb.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Şəmkirdə ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb
Next Post: Yaponiyada güclü zəlzələ baş verib

Related Posts

  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı Kriminal
  • Xaçmazda iki ata övladını BIÇAQLADI Kriminal
  • Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanıldı Kriminal
  • Məhkəmə qaçaqmalçılıqda təqsirləndirilən şəxslərlə bağlı qərar verdi Kriminal
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıda toplanacaq Ölkə
  • Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib Siyasət
  • Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır Kriminal
  • Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ – VİDEO Təhsil
  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ – FOTO Ölkə
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by