Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Toggle search form
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq? Cəmiyyət
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək Cəmiyyət
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Uncategorized

“Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı

Posted on 12 Avqust 202612 Avqust 2026 By admin Şərh yoxdur “Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı

“Sabah” klubu ötən gün UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin “Orhus”la cavab matçından (4:0) öncə azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib.

24news.az klubun bəyanatını olduğu kimi təqdim edir:

“Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.

Bu böyük futbol bayramının fonunda oyundan öncə azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. “Sabah” Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir.

Klubumuz hər zaman “fair play” prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verib.

Xüsusilə “Sabah”ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsini ailələr və uşaqların təşkil etməsi ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır.

Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk.

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq.

Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik.

Klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub.

Bununla belə, klubumuzun mövqeyi birmənalıdır: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidir.

Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək.

Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq.

Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır.

“Sabah” Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək”.

İdman

Yazı naviqasiyası

Previous Post: Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var
Next Post: Əkrəm İmamoğlu CHP-dən istefa verib

Related Posts

  • “Qalatasaray”ın əsas hədəfi İdman
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recent Posts

  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı
  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək
  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır

Recent Comments

Archives

  • Avqust 2026

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • Siyasət
  • Təhsil
  • Uncategorized
  • Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb Cəmiyyət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Uncategorized
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Samuxda 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib, vəziyyət nəzarət altındadır Hadisə
  • “Qalatasaray”ın əsas hədəfi İdman
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by