Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakı-Sumqayıt yolunda QƏZA: Yük avtomobili arakəsməyə çırpıldı – VİDEO Hadisə
  • İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD Siyasət
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər İqdisadiyyat
  • “Liverpul” Barkolanı heyətinə qatdı İdman
  • Ərdoğan Tokayevlə danışdı Dünya
  • Dərmandan zəhərlənən qadın öldü Hadisə
  • Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Cəmiyyət

Bakı payız yağışlarına hazırdırmı? – SƏDRDƏN AÇIQLAMA

Posted on 29 Sentyabr 2026 By admin Şərh yoxdur Bakı payız yağışlarına hazırdırmı? – SƏDRDƏN AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları payız və qış mövsümünə hazırlıq çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi, eləcə də kanalizasiya nasos stansiyalarının və mexaniki avadanlıqların texniki vəziyyətinin yoxlanılması istiqamətində işləri davam etdirir.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakibaku saytına müsahibəsində deyib.

O bildirib ki, bu tədbirlərin məqsədi mövcud sistemin ötürücülük qabiliyyətini maksimum səviyyədə saxlamaq və intensiv yağışlar zamanı yaranan yüklənmənin təsirini azaltmaqdır:

“Son illərdə yağıntıların xarakterində dəyişiklik müşahidə olunur: bəzi hallarda qısa zaman ərzində yüksək intensivlikli leysanlar baş verir. Belə yağıntılar xüsusilə köhnəlmiş və yüksək yüklə işləyən infrastruktur üçün əlavə risk yaradır”.

Agentlik sədri deyib ki, Bakıda kanalizasiya sistemlərinin bir hissəsinin köhnəlməsi, eləcə də şəhərin uzun illər ərzində sürətli və bəzi ərazilərdə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradıb: “Normal şəraitdə işləyən bəzi xətlər qısa müddətdə çox böyük həcmdə yağış suyu daxil olduqda tam ötürücülük qabiliyyətini təmin edə bilmir.

Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli su, tullantı su və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram mərhələli şəkildə icra olunacaq və yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun yaradılması hesabına intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması nəzərdə tutulur”.

“Qeyd etdiyimiz kimi, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində tullantı su və yağış suyu infrastrukturlarının mərhələli şəkildə yenidən qurulması və bir-birindən ayrılması nəzərdə tutulur. Proqram çərçivəsində həyata keçirilən layihələrin ilk nəticələrinin yaxın 2 il ərzində ayrı-ayrı ərazilərdə tədricən hiss olunması gözlənilir. Sonrakı mərhələlərdə yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun istifadəyə verilməsi ilə subasma riskinin daha da azaldılması nəzərdə tutulur. 2035-ci ilədək isə şəhərin yağış və tullantı su infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və intensiv yağıntılar zamanı yaranan risklərin əhəmiyyətli dərəcədə azaldılması əsas hədəflərdən biridir”, – deyə Z. Mikayılov əlavə edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Əsas magistral su xətti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA
Next Post: Bu il suda boğulanların sayı açıqlandı

Related Posts

  • Əsas magistral su xətti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA Ölkə
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • And içdilər – FOTOLAR Ölkə
  • Əli Əsədov yeni qərarlar imzaladı Ölkə
  • ABŞ-dən Azərbaycanla bağlı gözlənilməz qərar – Tarixdə ilk dəfə olacaq Ölkə
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? – FOTO Ölkə
  • Şahmatçılarımız Avropa çempionatında liderdir İdman
  • İsmayıllıda bahalı avtomobil qəzaya düşdü – Ölənlər var Hadisə
  • İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi – FOTO Dünya
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Xaçmazda iki ata övladını BIÇAQLADI Kriminal
  • YAP-ın qurultayından maraqlı FOTOLAR Ölkə
  • Torpağa basdırılan silah-sursat üzə çıxarıldı Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by