Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • 1 saat danışdılar – Lavrov və Rubio nəyi müzakirə etdi? Siyasət
  • İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB Ölkə
  • Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB Hadisə
  • Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz” – VİDEO Cəmiyyət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • Robot Useyn Boltun rekordunu qırdı İdman

Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO

Bakının mərkəzində, yeni metronun qarşısında özbaşınalığın mənzərəsi görənləri dəhşətə gətirir. Sakinlərin hüquqları kiminsə cinayət əməlinə görə tapdanır. Görünən mənzərə Bakının mərkəzində “kim güclüdürsə, o da haqlıdır” prinsipinin işlədiyi görüntüsü yaranıb.

Söhbət Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında, yeni metro stansiyasının qarşısındakı hündürmərtəbəli binanın sakinlərinin üzləşdiyi vəziyyətdən gedir.

Sakinlər Modern.az-a müraciət edib, baş verənlərlə bağlı fotoşəkillər təqdim ediblər.

Fotolardan və sakinlərin bildirdiklərindən belə görünür ki, binanın qarşısında əlavə qurğu və dəmir konstruksiya quraşdırılıb. Məsələnin ən diqqətçəkən tərəfi həmin konstruksiyanın sakinlərdən birinin metroya baxan pəncərəsinin qarşısını bağlamasıdır. Yəni bir vətəndaş öz mənzilində pəncərədən normal istifadə etmək imkanından məhrum edilir. Bununla da məsələ bitmir. Sakinlərin sözlərinə görə, binaya verilən qazı paylayan qurğu da əvvəlki yerindən çıxarılaraq qonşunun girişinin pilləkən hissəsinə yerləşdirilib. Bir sakinin pəncərəsi bağlanır. Digər sakinlərin gediş-gəlişinə maneə yaranır. Ümumi istifadə sahəsinə müdaxilə edilir. Və bütün bunların fonunda ən sadə sual cavabsız qalır, bunu kim edib və hansı əsasla edib? Bütün bunlara kim icazə verib? Əgər icazə verilməyibsə, günün günorta çağı Bakının mərkəzində, insanların yaşadığı çoxmərtəbəli binanın qarşısında belə bir qurğunun quraşdırılmasına hansı dövlət qurumu və necə göz yumub? Çünki burada söhbət sadəcə dəmir konstruksiyadan getmir. Burada söhbət vətəndaşın mülkiyyət və istifadə hüququna, yaşayış şəraitinə, ümumi istifadədə olan ərazilərdən istifadə imkanına və təhlükəsiz hərəkət hüququna mümkün müdaxilədən gedir. Sakinlərin əsas narazılığı da məhz budur.

Onlar bu işi həyata keçirən şəxslərdən ciddi şəkildə narazıdırlar. Amma məsələni daha böyük problemə çevirən həmin özbaşınalığın qarşısını almalı olan qurumların susmasıdır. Çünki hüquqi dövlətdə vətəndaşın hüququnun müdafiəsi onun “güclü tanışı”nın olub-olmamasından asılı olmamalıdır.Azərbaycanda dövlət siyasəti insanlara xidmətdən, onların hüquqlarını qorumaqdan keçir. Hansısa yerli məmur bu siyasəti zədələyirsə, dolayısı ilə dövlətə qarşı çıxmış olur. Qanun kiminsə dəmir konstruksiya quraşdırmaq imkanı varsa, bu, ona başqasının pəncərəsini bağlamaq hüququ vermir. Kiminsə müəyyən qurğu yerləşdirmək imkanı varsa, bu, digər sakinlərin giriş-çıxışını çətinləşdirmək səlahiyyəti demək deyil. Şəxsi maraq ümumi istifadədə olan sahənin və başqa vətəndaşın hüququnun üstünə çıxa bilməz.

Ən maraqlı məqam budur ki, hadisə ucqar ərazidə, gözdən uzaq bir yerdə baş verməyib. Söhbət Bakının mərkəzindən, yeni metrostansiyasının qarşısından gedir. Belə bir ərazidə əlavə konstruksiyanın quraşdırılması, ümumi sahəyə müdaxilə və qaz qurğusunun yerinin dəyişdirilməsi kimi məsələlərin aidiyyəti qurumların diqqətindən kənarda qalması ciddi suallar yaradır. Əgər bütün bunlar qanuni əsaslarla həyata keçirilibsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır. Əgər qanunsuz aparılıbsa, onda daha sadə sual meydana çıxır. Niyə indiyədək müdaxilə edilməyib? Dövlət qurumunun əsas vəzifəsi yalnız vətəndaş müraciət etdikdən sonra reaksiya vermək olmamalıdır. Dövlət nəzarəti həm də özbaşınalığın baş verməsinə imkan verməməkdir. Əks halda vətəndaş əvvəlcə hüququnun pozulmasını gözləyir, sonra aylarla qapı-qapı düşür, ərizə yazır, cavab gözləyir. Sonda hüququ pozulan adam özünü müdafiə etmək üçün yenə özü mübarizə aparmalı olur.

 

 

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bitkoin bahalaşdı
Next Post: Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp

Related Posts

  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Həbs olunması barədə xəbərlərə belə cavab verdi – Açıqlama Cəmiyyət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət
  • Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Cəmiyyət
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • Sabah iki rayonda qaz olmayacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı – VİDEO Ölkə
  • Rusiyaya girişi qadağan olunmuşdu – Həbs olundu Cəmiyyət
  • AFFA prezidenti “Sabah”ı təbrik edib İdman
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət
  • UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub İdman
  • “İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş Ölkə
  • Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə Cəmiyyət
  • Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? – VİDEO İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by